2014-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında turizm fəaliyyətinə başlayan Baku Holiday Travel şirkəti, hazırda biri VIP olmaqla, toplamda üç ofislə və 18 əməkdaşıyla xidmət göstərir.
Biz şirkət olaraq, dövlət və özəl qrumlara, qrup və ya fərdi şəxslərə turizm xidmtələrini təklif edirik.

Əlavə olaraq diqqətinizə çatdıraq ki, 4 illik fəaliyyətimiz dövründə daima yüksək xidmət səviyyəsinə və peşəkarlığa önəm verən şirkətimiz, qısa zaman ərzində Beynəlxalq Hava Nəqliyyatı Asossasiyası (IATA) tərəfindən rəsmi sertifikatla təltif edilmişdir. Eləcədə, beynəlxalq təşkilatlardan olan AMCHAM , AHK və ASTA kimi qurumlarla əməkdaşlıq edib, qlobal sefrada olan imkanları daha da inkişaf etdirməkdəyik.

 

SİZİN SƏYAHƏTİNİZ BİZİM İŞİMİZDİR

Turizmin bütün sahələri üzrə səyahətləri bizdən əldə edə bilərsiniz.
Biz sizə daha komfortlu səyahətləri təmin edirik. Sizin istər istirahət, istər biznes, istərsə də müalicəvi səyahətləriniz bizdən daha sərfəli və daha uğurlu olacaq.

Baku Holiday Travel-in təmin etdiyi xidmətlərin müştərilər tərəfindən yüksək qiymətləndirilməsi, bizim işimizə daha məsuliyyətli yanaşmağa və peşəkar xidmət səviyyəmizi artırmağa daha çox motivasiya yaradır. Bir sözlə, şirkətiniz və səyahətçiləriniz üçün ən peşəkar seçim Baku Holiday Travel-dir

 

HƏR ADDIMDA YANINIZDA VƏ YARDIMA HAZIR

1. Büdcəniz üçün ən uyğun qiymətlər.
Biz sizə səyahətiniz üzrə bütün variantlar haqqında, xüsusi kampaniyalar haqqında və müəyyən bir məhsulun keyfiyyətinə dair məlumat verəcəyik və siz öz istəyinizə uyğun səyahət paketini seçə bilərsiniz.

2. Rahat bir universal satış.
Sizin səfərinizin hər bir istiqamətini - aviaşirkətlərdən avtomobil icarəyə götürməyinizə və yaşayış yerlərindən biznes görüşlərədək proqramlar hazırlayaraq vaxtınıza və pulunuza qənaət edəcəyik.

3. Səyahət ekspertləri.
Bizim mütəxəssislər sizin səyahət etmək istədiyiniz istiqamət üzrə iqlim, siyasi və turizm üzrə sizi məlumatlandıraraq səyahətinizin daha komfortlu olmasını təmin edirlər.

4. Maksimum seçim.
Biz sizin səyahətiniz üçün ən geniş seçim imkanları təqdim edirik.

5. Güvən.
2013-cü ildən bugünədək fəaliyyət göstərdiyimiz müddətdə göstərdiyimiz şəffaf və keyfiyyətli xidmətimizlə müştərilərimizin güvənini qazanmışıq. Biz, digər şirkətlərdən fərqli olaraq müştərilərimizə yüksək səviyyəli xidmət göstərmək üçün hər fəsildə sinizləyik.